Aynur Veysəlova: "Azərbaycanda il ərzində 10-15 erkən nikah faktının qarşısı alınır"

 
"Azərbaycanda il ərzində 10-15 erkən nikah faktının qarşısı alınır".
Milletinsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, erkən nikahların qarşısının alınması üçün müvafiq qurumlara məlumat verilməlidir: "Nə zaman Dövlət Komitəsinə erkən nikahla bağlı məlumat daxil olubsa, qarşısı alınıb. Erkən nikaha daxil olmaq istəyən həmin şəxslərin 18 yaşı tamam olana qədər onları həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm də icra hakimiyyətləri nəzarətdə saxlayır".
Komitə rəsmisi qeyd edib ki, hazırda erkən nikahlar daha çox Azərbaycanın Aran bölgəsində qeydə alınır: "Cənub bölgəsində bu statistika azalmağa doğru gedir. Son vaxtlar Lənkəran və İmişlidən demək olar erkən nikah faktı ilə bağlı məlumat daxil olmayıb. Cəlilabad rayonunda isə bu faktlara rast gəlinir".   

Xəbərin vaxtı: 11-05-2016
Oxunma sayı: 221

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...