Bu il Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 7% azalıb

Hesabat dövründə Azərbaycanda 37,1 minə yaxın vergi ödəyicisi qeydiyyata alınıb 
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 204 972,7 min manat vəsait daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 163,027 mln. manat və ya 6,9% azdır.
Nazirliyin Analitik-informasiya şöbəsindən Milletinsesi.info-ya verilən məlumata görə, müvafiq proqnoz tapşırığına 104,8% əməl edilib.
Hesabat dövründə 37 080 vergi ödəyicisi qeydiyyata alınıb.
Xatırladaq ki, ötən ilin ilk 4 ayı ərzində 2 368,0 mln. manatlıq vergi daxilomaları qeydə alınıb.

Xəbərin vaxtı: 12-05-2016
Oxunma sayı: 132

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...