Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 61% artıb

Yol vergisi üzrə daxilolmalar isə 7 dəfədən çox artıb 
Cari ilin aprel ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 227,397 mln. manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,1 mln. manat yaxud 60,9% çoxdur.
Milletinsesi.info-nun Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,642 mln. manat yaxud 27,4% artaraq 54,202 mln. manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 55,725 mln. manat yaxud 62% artaraq 145,577 mln. manat, aksizlər 8,373 min manat yaxud 2,2 dəfə artaraq 15,615 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 10,35 mln. manat və ya 7 dəfədən çox artaraq 12,003 mln. manata çatıb.

Xəbərin vaxtı: 13-05-2016
Oxunma sayı: 111

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...