Azərbaycan XİN Nalbandyanın açıqlamasına münasibət bildirdi

 
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın sonuncu açıqlamasına münasibət bildirib.
Millətinsəsi.info-nun xəbərinə görə, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir: "Ermənistan xarici işlər naziri hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır. Bu isə status kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir”.

Xəbərin vaxtı: 22-06-2016
Oxunma sayı: 239

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...