MSK-da referendumla bağlı yaradılmış ekspert qrupuna kimlər daxildir?


Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.
Millətinsəsi.info-nun "Report”a istinadən xəbərinə görə, MSK-nın müvafiq qərarı bu gündən qüvvəyə minib.
Ekspert qrupuna bu şəxslər daxildir:
Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);
Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).
MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.

Xəbərin vaxtı: 28-07-2016
Oxunma sayı: 195

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...