Rusiyalı ekspert: “Ermənistan əraziləri Azərbaycana verməli olacaq”

bitmap-img6
Lomonosov adına MDU-nun dünya siyasəti fakültəsinin dosenti, Rusiya EA beynəlxalq təhlükəsizlik problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, Rusiyanın Valday elitar klubunun eksperti Aleksey Fenenkonun sözlərinə görə, "Rusiyanın rəsmi mövqeyi Ermənistan tərəfdənsə Azərbaycanın mövqeyinə daha yaxındır”

Millətinsəsi.info-nun məlumatına görə, o, Mediametrics.ru-ya müsahibədə bildirib ki, Serj Sərkisyan Dağlıq Qarabağın ətrafındakı rayonları Azərbaycana qaytarmalı olacaq. Onun fikrincə, Qarabağda aprel münaqişəsi problemin nizamlanması üzrə Madrid prinsiplərini həmişəlik dəfn edib. 

Rusiya hazırda "danışıqlar prosesini üç hissəyə bölməyə başlayır: Qarabağ üzrə ayrıca danışacağıq, 5 rayon üzrə ayrıca və daha iki rayon (Laçın və Kəlbəcər) üzrə ayrıca. Bizim üç müxtəlif danışıq zərfimiz olacaq. Rusiyanın indiki strategiyasının məğzi bundadır”.

"Rusiyanın rəsmi mövqeyi Ermənistandansa Azərbaycanınkına daha yaxındır. RF-nin mövqeyi üç məqamdan ibarətdir: 1.Biz Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və etiraf edirik ki, Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkib hissəsidir; 2.Biz problemin hərbi həllinin əleyhinəyik; 3. Rusiya və KTMT-nin Ermənistana təklif etdiyi zəmanətlər Qarabağa münasibətdə qüvvədə deyil. Bunu anlamaq üçün RF XİN bəyanatını oxumaq kifayətdir”, – deyə rusiyalı ekspert qeyd edib.

Fenenkonun dediyinə görə, Moskvada Sərkisyandan narazılıq artır. Valday klubunun eksperti deyir: "Lakin biz Ermənistana daim təzyiq etməsək, onda Ermənistan, sadəcə, partlayacaq və növbəti antirusiya dövləti qazanacağıq”.

Fenenkonun iddia etdiyi kimi, bununla belə, Moskva Azərbaycandansa Ermənistana daha çox təzyiq göstərir.

Mediametrics.ru-nun aparıcısının Qarabağ üzrə danışıqların detallarının niyə ciddi şəkildə məxfi saxlandığı haqda sualına cavabında ekspert qeyd edib ki, Rusiyada "Ermnistandakı qızğın beyinlərdən çox qorxurlar”. Bundan başqa, RF hökuməti Kremli növbəti müttəfiqi satmaqda ittiham edəsi Rusiya ictimaiyyətinin narazılığından da ehtiyat edir. Fenenkonun sözlərinə görə, bu yöndə istənilən konkretlik durumu partlada bilər.

Onun hesablamasına görə, Qarabağ ətrafında danışıq prosesi 2017-ci ilin fevral-martınadək aydınlaşmalıdır. Buna qədər Qarabağ cəbhəsində güclü gərginlik gözləməyinə dəyməz…

Xəbərin vaxtı: 28-07-2016
Oxunma sayı: 204

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...