Azərbaycanlı müğənninin nişanı qayıtdı - Foto

Azərbaycanlı müğənninin nişanı qayıtdı - fotolar
Müğənni Vüqar Muradov nişanlısı Fazilə xanımdan ayrılıb. 

Millətinsəsi.info xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən ifaçı nişanın bir müddət əvvəl qayıtdığını, amma bəzi səbəblərdən bunu gizli saxladığını bildirib:

"Bir müddətdən sonra başa düşdük ki, xasiyyətimiz uyğun gəlmir. Münasibət getdikcə daha da korlana bilərdi. Ailə qurub, sonra boşanmamaq üçün belə qərara gəldik. Artıq iki aydır nişan qayıdıb. Bu tək müğənninin yox, hər kəsin başına gələ bilər. Qarşı tərəfə xoşbəxtlik arzulayıram, o buna layiqdir”.

Qeyd edək ki, V.Muradovun nişanı bu ilin martında olmuşdu. Cütlük toyu avqustda olacaqdı. 


Xəbərin vaxtı: 28-07-2016
Oxunma sayı: 447

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...