Vasif Talıbov: "Naxçıvanda insan alveri ilə bağlı cinayət faktı qeydə alınmayıb"

Naxçıvan Ali Məclisinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Şabadoş ilə görüşüb.

"Millətinsəsi.info" xəbər verir ki, Ali Məclisin sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkür edib. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs edib.

Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Şabadoş muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikayela Meredit vəAvropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak ediblər.


Xəbərin vaxtı: 30-07-2016
Oxunma sayı: 193

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...