Sabiq polis rəisinin oğlunun ölümü barədə rəsmi açıqlama


Daxili İşlər Nazirliyi (DİN) sabiq polis rəisi Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən  Millətinsəsi.info-ya verilən məlumata görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
 
Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.

Xəbərin vaxtı: 05-08-2016
Oxunma sayı: 258

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...