Mayonezi evdə özünüz hazırlayın - Asan resept

 
Mayonezi evdə də hazırlamaq mümkündür. Çox sadə bir resepti olan mayonezi evinizdə rahatlıqla hazırlayıb salatlarda və bəzi yeməklərdə istifadə edə bilərsiniz.

Millətinsəsi.info lent.az-a istinadən evdə mayonez hazırlamağın qaydasını təqdim edir.
 
Mayonez hazırlayarkən ehtiyacınız olan ərzaqlar bunlardır:
 
2 ədəd yumurta sarısı
 
1/4 ədəd limon suyu
 
400 ml və ya 2 su stəkanı duru yağ
 
10 qr və ya 1 xörək qaşığı xardal
 
Hazırlanma qaydası:
 
Ev şəraitində mayonez hazırlamaq üçün yumurta sarısını xardalla birlikdə mikserlə qarışdırın. Limon suyunu əlavə edib qarışdırmağa davam edin. Duru yağı yavaş-yavaş hazırladığınız qarışıma əlavə edin. Dadına baxıb duz və istiot tökün. Rəngini açmaq üçün istəsəniz, qatıq da əlavə etmək olar.

Xəbərin vaxtı: 07-08-2016
Oxunma sayı: 278

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...