“Devalvasiya ilə bağlı şayiələr əsassızdır” – Rəsmi


"Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək”.
Millətinsəsi.info saytı xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
 
"Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.
 
Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

Xəbərin vaxtı: 22-08-2016
Oxunma sayı: 190

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...