“SAB” vəhhabilərdən necə təmizləndi?


Ölkənin məşhur kolbasa istehsalçısı olan şirkət barəsində sensasion iddialar yayılıb

Millətinsəsi.info xəbər verir ki, Politika.Az-ı bilgiləndirən mötəbər qaynağın sözlərinə görə, kolbasa-sosiska məhsulları istehsal edən "SAB” şirkətində dərin kadr islahatları həyata keçirilib. 

Qafqaz Müsəlmanlar İdarəsinin halallıq sertifikatı verdiyi firmada gedən təmizləmələr nəticəsində "SAB”da İdarə Heyətində əl dəyişib. İddia olunur ki, şirkətin əvvəlki rəhbərliyində sələfi təriqəti üzvlərinin payı olub. 

El arasında bəzilərinin sələfi, bəzilərinin əhli-sünnə, bir çoxlarının leksikonunda vəhhabi adlandırılan təriqətçilər kolbasa şirkətində əsas pay sahibi kimi tanınıb. Mənbənin qeydlərinə görə, Rövşən Abdullayev adlı sələfinin "SAB”da qurduğu biznes kolbasa sektorunda digər firmaları da təsis etməsi ilə nəticələnib. 

Onun "Marka” və "Al-Sana”da şərikliyi olması haqda iddialar mətbuatda yer alıb. Kolbasa biznesini genişləndirən vəhhabi şəbəkəsi bu sektorda əsas gücə çevriliblər. 

Məlumata görə, bir müddət əvvəl həyata keçirilən kadr əməliyyatı ilə "SAB” vəhhabilərdən təmizlənib. Şirkətdə onların nüfuz və təsir imkanları sıfıra endirilib. 

Qeyd edək ki, "Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş "Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılmışdı. 

"Fitnes” kolbasa və sosiskaları "Marka" şirkətinə məxsusdur. Firma həmin məhsulları isə "Al-Sana” MMC-nin sexində istehsal edir. 

Hər iki şirkətin radikal dini cərəyan olan vəhhabilərin nəzarətində olduğu haqda iddialar yer alıb. Şirkətlərin təsisçilərindən biri Ramil Soltanovdur. Onun Mədinə şəhərində dini təhsil aldığı bilinir. 

Şirkətin bir digər təsisçisi isə İlkin Nuriyevdir. Əsas pay sahibi olan vəhhabi Rövşən Abdullayevdir ki, həm də "SAB” şirkətində şərik imiş .

Şirkətin direktor müavini Elşən Abdullayev idi. Onun Rövşən Abdullayevin qardaşı olduuğu ehtimal edilir. Elşən Abdullayevin bir müddət əvvəl müsahibəsində qeyd olnumşdu ki. 2005-ci lə qədər qeyri-halal məhsullar da istehsal ediblər. 

Sonra Allah qorxusundan bu fikirdən daşınıblar. Onun çıxışında "həmd olsun Allaha” ifadəsi əsasən sələfilərin leksikonunda rast gəlinir. Artıq "SAB” bu təriqət üzvlərinin nəzarətindən çıxıb.

Xəbərin vaxtı: 23-08-2016
Oxunma sayı: 251

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...