Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişdi


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib.
 
Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay İbrahimov öz ərizəsi ilə işdən çıxıb.
 
Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.
 
Millətinsəsi.info bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya faktı təsdiqləyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu. 

Xəbərin vaxtı: 23-08-2016
Oxunma sayı: 224

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...