Lerik rayon icra başçısı seçki məntəqələrindən 40000 manat pul tələb edir

Image result for Lerik rayon icra başçısı Rövşən Bağırov
Dövlət büdcəsindən bölgələrin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, abadlıq işlərinin aparılması üçün kifayət qədər vəsait ayırılır. Prezident İlham Əliyev bu yöndə vaxtaşırı sərəncamlar imzalayır, müxtəlif rayonlara quruculuq işləri üçün vəsait ayrılmasına qərar verir. Amma təəssüf ki, bu pullar əksər hallarda təyinatı üzrə xərclənmir və məmurların tamahının qurbanına çevirilir.
Bu vəziyyətin hökm sürdüyü rayonlardan biri də Lerikdir. İcra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdiyi rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur. Prezident İlham Əliyev 50 yaşayış məqtəqəsini birləşdirən Noda - Şingədulan - Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik rayon İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayırıb son iki ildə bu 10 milyon Lerik Rayonun İcra hamiyyətində yoxa çıxdı.
Qeyd edək ki, Lerik rayon icra başçısı vətəndaşların ən cox narazılıq etdiyi icra başçılarındandır. Rayonda baş alıb gedən özbaşnalıq, korrupsiya əməlləri məhs icra başçısının yaratdıgı şəbəkənin məhsuludur. Dəfələrlə KİV -də Rövşən Bağırovun tutdugu posdundan getməsi xəbəri yayılsa da görünür onu hələ qoruyub saxlaya bilir. Bizim sözümüzün başqa'' canı var ''növbəti gündəmi zəbt edəcək xəbərlər Lerik rayonundan gəldi. Millətinsəsi.info-nun xəbərinə görə, Reportyor.org etibarlı mənbədən aldıgı məumatda qeyd olunur ki, Lerik rayon icra başçısı Rövşən Bağırov seçki məntəqələrinin üzvlərindən cəmi 40000 manat pul tələb edir.. Məlum 26 sentyabrda keçiriləcək Referenduma Başçının özünəməxsus hazırlaşma tendesiyası var. Belə ki, Lerik rayonunda 100 -ə qədər seçki məntəqəsi var hər məntəqənin 4 üzvü var. Bununla da ümumi məntəqələrdə cəmi 400 üzv var bu da 40000 min manat pul edir. Maraqlısı odur ki, Rövşən Bağırov bu pulu nəyə görə tələb etdiyinin səbəbini açıqlamır. Məlum axı əvvəlki 7 milyon manat yoxa çıxanda onu Avropa oyunları ilə əlaqələndirmişdir. Mən bilən biz elə bir möhtəbər yarışa yaxın günlərdə ev sahibliyi etməyəcəyik. Əgər etsək də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bunun öhdəsindən hər zaman alını açıq cıxıb..

Xəbərin vaxtı: 26-08-2016
Oxunma sayı: 212

Loading...

Bu bölməyə aid digər xəbərlər:

    

loading...