Bakıda yol polisi bıçaqlandı

Image result for yol polisi
Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Bakıda yol polisi bıçaqlanıb.

Millətinsəsi.info "Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Cəlal küçəsi 143A ünvanında qeydə alınıb.

Həmin ünvanda Baş Dövlət Yol Polisi İdarəsinin polis serjantı, 1983-cü il təvəllüdlü Rəşad İsmayılov naməlum şəxs tərəfindən çiyin nayihəsindən bıçaqlanıb.

R.İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin vaxtı: 01-09-2016
Oxunma sayı: 207

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...