Gözəlləşmək üçün edilən – SƏHVLƏR


Qadınlar hər zaman gözəl görünmək istəyir. Bunun üçün var güclə səy göstərirlər. Hətta qurban verməkdən belə çəkinmirlər. Bir çoxları isə gözəlləşmək istəyərkən daha da çirkin görünür. Buna səbəbsə gözəlləşmək üçün edilən səhvlərdir. Bilərəkdən və ya bilməyərəkdən yol verilən yanlışlıqlardan sizi xəbərdar edir.
 
Burnumuzun üzərini sərt bir şəkildə sıxaraq təmizləməyə çalışırsınız. Bununla bitmir. Eyni zamanda da burnunuz çox pis qızarır. Bu qızartı sizə sübut edir ki, gələn dəfə burnumuzda qara nöqtə bantı istifadə edin.
Təraş olarkən bir neçə tük qalır və əllərimizlə qoparmağa çalışırsınız. Bir tərəfdən televiziyaya baxıb, digər tərəfdən də çılpaq əllərinizlə o tükü qoparmağı bacarmağınızla sanki böyük iş görmüş olursunuz.
Mağazalarda 3000-dən çox adamın istifadə etdiyini bildiyiniz məhsulları yoxlayırsınız. Makiyaj vəsaitləri satılan mağazaya girəndə, özümüzə bunları söyləyirik: əminəm ki, bu göz qələmini yalnız təmiz - yoluxucu infeksiyaları olmayan insanlar istifadə edib.  Və sonrakı bir neçə saatı göz qələmindən yoluxduğunuzu düşündüyünüz xəstəlik səbəbindən qəfil gözünüzü  itirmə qorxusu ilə keçirirsiniz.
Göz qələmini təmizləmədən dostlarınızla paylaşırsınız. Göz qələminizi paylaşdığımız insanı tanımağınız və sevməyiniz, təəssüf ki, bakteriyaların yayılmasına mane olmur. Dostluq heç də makiyajdaki bakteriyaları öldürmür.
Sanki başqa variantımız yoxmuş kimi gözlərinizdə pozulmuş göz qələminizi barmağınıza tüpürərək düzəldirsiniz. Amma yəqin ki, evdə qulaq pambığı var, elə deyilmi? Əlbəttə, var. Qulaq pambığını isladaraq, göz qələmini səliqə ilə təmizləyə bilərsiniz.
Hamam otağına girib göz qələmini islatmayaq qədər tənbəl olduğunuz üçün göz qələminin ucunu yalayırsınız. Bu o deməkdir ki, təkrar-təkrara gözlərinizi yalayırsınız.
Səhvən çox sıxdığınız ton kremini əlinizlə şüşəsinə qaytarmağa çalışırsınız. Bundan daha dəhşətlisi isə, kremin töküldüyü yerin çirkli bir tualet olmasıdır. Amma yenə də şüşəyə geri qaytarmaq səylərindən vaz keçmirik. Çünki ton krem ​​bahalıdır və qənaət edirik.
İçində hələ olduğu üçün tuşu 2 il ərzində saxlayırıq və ən dəhşətlisi, istifadə edirik. Lakin unutmayın ki, göz infeksiyasına yoluxmamaq üçün 3 ayda bir tuşu dəyişdirməmiz lazımdır. Amma 3 ayda bir tuş üçün pul xərcləmək bizə çox gəlir. Halbuki söhmət gözlər və onların sağlamlığından gedir.
Tənbəllik etdiyiniz üçün makiyaj fırçalarınızı yumursunuz. Bu vəziyyəti belə bir məntiqə bağlayırıq: "makiyaj edərkən üzüm onsuz da təmiz olur” səbəbindən fırçalar da kirlənmir. Amma bu bir yalandır və hamımız bunu çox yaxşı bilirik. Sonrası isə onsuz da məlumdur – sızanaqlar.
Barmaqlarınızı ənlik fırçası olaraq istifadə edirsiniz və bir uşaq bacarığı ilə ənlik çəkirsiniz. Hamam gedib aynaya baxın və bunun nə qədər pis bir fikir olduğunu görün. Sanki makiyajınızı balaca bir uşaq edib.
Sonra daha şiddətli olacağını bilə-bilə sızanaqları sıxmaq. Sızanaqlarınızı  sıxdıqda  üzünüzdə yaralar yaranır. Daha pisi isə, bu yaralar makiyajla bağlanmayacaq dərəcədə pis olur. Amma yenə də hər dəfə sızanaqları sıxmağa davam edirik.
Makiyajınızı silmədən yatırsınız. Hər dəfə bu barədə nə qədər danışsalar da bir çoxları makiyajla yatmağa davam edir. Bu, inanılmaz dərəcədə pis bir vəziyyətdir. Ağ yastıqların çirklənməsi xoşunuza gəlir? Yoxsa üzünüzün kirli qalması?
Qapağını açanda hər yerə səpilən paramparça olmuş ənliyi hələ də saxlayırıq. Yenisini almamaq, hər dəfə makiyaj edəndə çirklənən geyimlərimizi təmizləməkdən çətin deyil hərhalda.
Dırnaqlarınızda yarısı getmiş dırnaq boyasını soyaraq təmizləyirsiniz. Çünki əlinizin altında aseton yoxdur və onsuz da dırnaq boyası soyulub. Bu əməliyyatı iş yerində edirsinizsə, masanızın üzərində yığılan boya qatlarının nə qədər iyrənc göründüyünü təsəvvür edirsinizmi? 
 
(lent.az)

Xəbərin vaxtı: 01-09-2016
Oxunma sayı: 208

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...