Sergey Lavrov həmsədrlərlə Qarabağı müzakirə etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.
Millətinsəsi.info-nun Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, S.Lavrov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin aktual məsələlərini müzakirə edib.
Həmsədrlər rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Andryö, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik nazirlə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sammitlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının gedişatı daxil olmaqla, Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.
Tərəflər, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyəti müzakirə ediblər.

Xəbərin vaxtı: 08-09-2016
Oxunma sayı: 359

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...