Bakıda toyda dava düşdü - VİDEO


Bakıda toy məclisini qanlı sonluqla bitib.

Toy məclisinin sonunda qonaqlar arasında dava düşüb. Hadisə ötən gecə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Badi kubə'' şadlıq sarayında baş verib.  

Şadlıq sarayının içərisində başlayan dava sonradan bayırda davam etdirilib. Qonaqlar şadlıq sarayının qarşısındakı parkda əlbəyaxa olublar. Məclis iştirakçıları onları ayırıblar. 

Dava edən şəxslərin biri qan içərisində olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, ona çəngəllə xəsarət yetiriblər. Lakin davanın hansı səbəbdən baş verməsi məlum olmayıb. Əraziyə polis əməkdaşları gəlməyib.

 
Criminal.az 

Xəbərin vaxtı: 14-09-2016
Oxunma sayı: 1 514

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...