Rusiya XİN Qarabağla əlaqədar keçirilən məsləhətləşmələri şərh etdi


ATƏT-in Minsk qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib.
Millətinsəsi.info xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O, görüşün yekunlarına dair rəsmi məlumat dərc olunduğunu xatırladıb.

Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsi ehtimalı barədə danışan M.Zaxarova qeyd edib ki, bu barədə heç bir məlumata malik deyil.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr Moskvada sentyabrın 8-də keçirilib.

Xəbərin vaxtı: 15-09-2016
Oxunma sayı: 231

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...