Azərbaycanda büdcə kəsirinin həcmi 10% azalıb

Картинки по запросу büdcə kəsiri
Cari ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə 8 281,5 mln. manat vəsait daxil olub, büdcədən 9 348,5 mln. manat vəsait xərclənib. Millətinsəsi.info-nun Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında yaranmış 1 067,0 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib. Büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ÜDM-in 3,7%-i qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10%, ÜDM-ə nisbəti isə 0,9 faiz bəndi azalıb.

Xəbərin vaxtı: 16-09-2016
Oxunma sayı: 173

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...