Virtual sevginin uğurlu olması üçün MƏSLƏHƏTLƏR

 
 
XXI əsrdə demək olar ki, insanların çoxu küçədə tanış olmaqdansa sosial şəbəkələrdəki tanışlıqlara üstünlük verirlər. Çoxları da həyatını paylaşacağı birini bu tanışlıqlar vasitəsilə tapmağa çalışır.
Sosial şəbəkələrdəki tanışlıq ilk əvvəl şəkil mübadiləsi ilə başlayır. Bununla kifayətlənməyən tərəflər yazışmadan "Skype”da danışmaq mərhələsinə keçirlər.
 
Məşhur rus psixoloqu Anneta Orlova internetdə tanış olduğunuz birini özünüzə bağlamağın və xoş təsir yaratmağın yollarını açıqlayıb. Millətinsəsi.info Aile.lent.az-a istinadən onları təqdim edir.
 
 
Tez-tez gülümsəyin
 
İnsanların ilk görüşdə diqqət etdiyi əsas şey qarşısındakının emosional fonudur. Neqativ əhval-ruhiyyədə olan, pessimist biri heç cür yaxşı təəssürat oyada bilməz. Mimika bütün gizli düşüncələr haqqında çox şey deyə bilər. Əgər görüşə hazırlaşırsınızsa və qarşınızdakına müsbət təsir bağışlamaq istəyirsinizsə, ən güclü silahınız gülüş ola bilər. Gözlərinizlə gülün.
 
 
Özünüzə əmin olun
 
 
Gülüş təkcə görüşün xoş olmasının deyil, daxili əminliyin də açarıdır. Kompleksdən əziyyət çəkməyən biri ilə görüşmək xoş olur. Əminlik yeni tanıdığınız biri ilə dil tapmaqda sizə kömək edəcək. Pozitiv yüklənmək və hər şeyin yaxşı bitəcəyini düşünmək ilk işiniz olmalıdır.
 
 
Seksuallıq
 
Söhbət tez özünü nümayiş etməkdən getmir. Ancaq səs tembri, mülayimlik olduqca vacibdir. Ən ideal olanı yüksək intonasiya olmadan zəif tonda söhbət etməkdi. Kişilər uzun-uzadı, çox danışan qadınlardan xoşlanmırlar.
 
 
Tez-tez – yaxşı demək deyil
                                                                                                                                                              İlk görüşdən özünüz haqqında bütün məlumatları ortaya tökmək düzgün deyil, ancaq maraq oyandırmaq vacibdir. Kişinin bütün suallarına cavab verməyin. Ancaq 10 sualından yalnız birini cavablandırmaq da düzgün olmaz.
 
Qadın – tapmacadır
 
 
Eyni dalğa üzərində olmaq
 
Ortaq maraqların olması vacibdir. Nə qədər xoş görünüşlü olsanız da, onun marağını oyandırmağın ən vacib yollarından biri maraqlandığı nəyəsə maraq göstərməkdir.
 
 
Özün kimi qalmaq
 
 
Qarşı tərəfin sizi bəyənməsi üçün uzaqlara getməyə ehtiyac yoxdur. Real həyatda olduğunuz kimi, təbii davranmağa üstünlük verin.
 

Xəbərin vaxtı: 17-09-2016
Oxunma sayı: 313

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...