Kərə yağının evdə HAZIRLANMA QAYDASI


Həkimlər daha sağlam bir həyat üçün kərə yağı istifadə etməyi məsləhət görür. Bəs kərə yağını evdə hazırlamaq istəyərsiniz? Millətinsəsi.info Aile.lent.az-a istinadən evdə kərə yağı hazırlamağın qaydasını təqdim edir.
 
Evdə kərə yağı hazırlamaq düşündüyünüz qədər çətin deyil. Çiy süddən ayırdığınız süd qaymağıyla kərə yağını evdə asanlıqla hazırlaya bilərsiniz.
 
Lazım olan ərzaqlar:
1 kasa süd qaymağı
 
Süd qaymağı necə hazırlanır?
Çiy südü qaynatdıqdan sonra vam odda üzəri qaymaq bağlayana qədər bişirin. Altını söndürüb soyuması üçün kənara qoyun. Soyuduqdan sonra qazanı bir gecə soyuducuda saxlayın. Südün üstünə yığılan qaymağı toplayaraq kasaya yığın.
 
Kərə yağının hazırlanma qaydası
1 kasa süd qaymağını mikserlə çırpın. Yağ krem halına gəlib süddən ayrılırsa, deməli doğru eləmisiniz. Yağı süzgəcə qoyub taxta qaşıqla xəfifcə basın.
Üzərine bol miqdarda soyuq su tökün. Yaxşıca bərkiyən kərə yağını soyuducuya qoyun.
Nuş olsun!
 


Xəbərin vaxtı: 20-09-2016
Oxunma sayı: 583

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...