Erməni hakerlər azərbaycanlı zabitlərin şəxsi məlumatlarını oğurlayıblar?


"Monte Melkonyanın erməni kiberordusu” adlı haker qruplaşması Azərbaycan ordusunun 1200 zabitinin şəxsi məlumatlarını internetə yerləşdirdiyi barədə məlumat yayıb.
 
Millətinsəsi.info Modern.az saytına istinadən xəbər verir ki, qruplaşma Facebook-dakı rəsmi səhifəsində azərbaycanlı zabitlərin pasport məlumatları, əlaqə nömrələri və yaşadıqları ünvanları qeyd ediblər.
 
"Aksiyamızı Ermənistanın müstəqilliyinin 25 illik yubileyinə həsr edirik”-deyə açıqlamada deyilir.
 
Bundan başqa, "Monte Melkonyanın erməni kiberordusu” Azərbaycan banklarından birinin 10 min müştərisinin şəxsi məlumatlarını da əldə etdiklərini və yaxında dərc edəcəklərinin anonsunu verib.

Xəbərin vaxtı: 22-09-2016
Oxunma sayı: 556

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...