Prezidentin informasiya cəmiyyəti ilə bağlı sərəncamı nəyi dəyişəcək?


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 
 
Millətinsəsi.info xəbər verir ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvü,  Beynəlxalq Avrasiya Mətbuat fondunun sədri Umud Rəhimoğlu Modern.az-a  Prezidentin sərəncamının internet mediasına təsirləri haqqında danışıb.
 
Onun sözlərinə görə, Azərbaycanda son illər informasiya cəmiyyətinin inkişafı əsas hədəfə çevrilib.
 
"Görülən tədbirlər, həyata keçirilən proqramlar, iri miqyaslı layihələr Azərbaycanda yeni texnologiyaların inkişafının daha geniş səviyyədə tətbiq olunmasına hesablanıb. Buna görə də demək olar ki, Azərbaycanın ən ucqar kəndləri  belə internetlə təmin olunub. İnternet müasir dövrün ən vacib vasitələrindən biridir. İnsanlar müasir dünyamızın inkişafda olan yeni texnologiyasının imkanlarından faydalanmaqdadır”.
 
Umud Rəhimoğlunun sözlərinə görə, Prezidentin verdiyi sərəncam son dərəcə əhəmiyyətlidir.
 
"Prezidentin bu sərəncamını  "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və 2012-ci ildə təsdiq edilmiş  "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” proqramlarının daha detallı izahı kimi qəbul etmək lazımdır. Təbii ki, internet resurslarının medianın inkişafına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsində yer aldı. Mən düşünürəm ki, bu sərəncamdan sonra internet resurslarında hiss ediləcək şəkildə inkişaf olacaq”.

Xəbərin vaxtı: 23-09-2016
Oxunma sayı: 254

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...