Nar mobile şirkətinə şok oğurluq

Nar mobile şirkətinə şok oğurluq
"Şikayətim Nar mobil operatoru və naviqator kontentdəndir. Kontur yükləyəsən bir də baxasan ki danışmamısan, amma konturun qalmayıb”.

Millətinsəsi.info Politika.Az-a istinadən xəbər verir ki, bunu abunəçi Səfurə Məmmədova bildirib. 

Onun dediyinə görə, 6550-dən çıxmaq onların qara siyahısına düşmək üçün nömrələrinə nə qədər zəng edirsə alınmır: "Nar nömrəmdən konturlar çıxır elə. Belə bir şirkətə yaraşmazdı axı, bu yolla oğurluq etmək”. 

Bildiyiniz kimi, ölkəmizdə fəaliyyət göstərən mobil operatorların müştəriləri aldatması artıq ənənəvi hala çevrilib. Uzun müddətdir ki, bununla bağlı mediada məlumatlar yayılır. 

Vətəndaşlar da artıq mobil operatorlardan şikayətçi düşməkdən beziblər. Hansı operatordan istifadə etsələr, eyni problemlərlə qarşılaşırlar. Ona görə də dərdlərinə çarə tapa bilməyən vətəndaşlar öz şikayətlərini mətbuata ünvanlayır. 

Fikirləşirlər ki, bəlkə nə vaxtsa operatorlar insafa gəlib öz nöqsanlarını aradan qaldırar. Ancaq təəssüflər olsun ki, bu qədər şikayətin olmasına baxmayaraq, operatorlarda olan nöqsanlar aradan qaldırılmır. 
Əksinə, şikayətlər və narazılıq günü-gündən artır. Sanki vaxtaşırı mənasız kampaniyalarla "rəqabət” mənzərəsi yaradan operatorlar əslində rəqabət aparmırlar, öz aralarında anlaşaraq müştəriləri elə müştərək şəkildə istismar edirlər. 

Mətbuat üzərindən apardığı araşdırmalar göstərir ki, mobil operatorlar sırasında ən çox nöqsanlar olan operatordan biri də "Azerfon” MMC şirkətidir.

Xəbərin vaxtı: 26-09-2016
Oxunma sayı: 271

Loading...

Bu bölməyə aid digər xəbərlər:

      

loading...