Bağlanan bankların əmanətçilərinə 100 milyon manat ayrılıb


Azərbaycan Mərkəzi Bank (AMB) lisenziyası ləğv olunan banklarda əmanətlərin qaytarılmasına görə Əmanətlərin Sığortalanması Fonduna indiyədək 100 mln. manat məbləğində vəsait verib.
Millətinsəsi.info-nun xəbərinə görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib. Onun sözlərinə görə, bu vəsait 2 tranşla fondun hesabına köçürülüb:
 
"Qorunan əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna ilk tranşda 80 milyon manat, ikinci tranşda isə 20 milyon manat köçürülüb".

Xəbərin vaxtı: 28-09-2016
Oxunma sayı: 266

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...