Baş pediatr səhiyyə nazirini belə ifşa etdi

Baş pediatr səhiyyə nazirini belə ifşa etdi
Azərbaycanın baş pediatrı səhiyyə nazirini ifşa edib

Millətinsəsi.info Politika.Az-a istinadən xəbər verir ki, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev uşaq ölümlərinin artdığını açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycanda uşaq ölümləri 2 promilli artıb. Baş pediatr problemi yeni doğulanlarda daha çox müşahidə olunan xəstəliklərin içərisində doğuş asfiksiyası və yarımçıq doğuşlarla əlaqələndirib. 

Amma reallıq ondan ibarətdir ki son illərdə uşaq ölümlərinin əksəriyyəti həkim səhlənkarlığından baş verir. Baş pediatr bunu dilə gətirməsə də, dolayısı ilə naziri ifşa etmiş olub. 

Əgər ölüm artıbsa, deməli Səhiyyə Nazirliyinin yerlərdəki kadrları səriştəsiz, qeyri-peşəkar və maddiyatçılardan təşkil olunub. Məsələn, elə Bərdə rayonundan misal göstərmək olar. 

Rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın fevralın 11-də Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı fevralın 16-da ölüb. Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. 

Buna bənzər digər hadisə isə fevralın 6-da baş verib. Həmin gün Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub.

2014-cü ilin sentyabrn ortalarında Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində tibbi personalın səhlənkarlığı üzündən yenə ölüm hadisəsi baş verib. 

Qeyd olunan tarixdə 8 aylıq hamilə Əntiqə Hacıyevanın başına həkim səhlənkarlığı üzündən faciəvi hadisənin gəldiyini iddia edən rayon sakinlərinin sözlərinə görə, nəticədə qadın bətnindəki körpəsini itirib. 

Həmin vaxt Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. 

Bərdənin Cəyirli kəndinə gəlin köçən 34 yaşlı Sitarə Şahbazova abort zamanı dünyasını dəyişib. Ölən gəlinin qohumu Şəlalə Cəfərovanın sözlərinə görə, həkim Sitarə Şahbazovanı abort edərkən öldürüb.

Bu statistik məlumatlar təkcə Bərdə rayonuna aid idi. Respbulika üzrə statistika hazırlamağa başlansa, səhiyyə naziri Oqtay Şirəliyevin bərbad fəaliyyəti nəticəsində bölgələrdəki kadrlarının insanları kütəvi şəkildə tələf etdiyini görmək olar. 

Ötən il doğuş zamanı 23 ana ölüb. 

2014-cü ildə isə bu say 25-ə çatıb. Həkimlərin səriştəsizliyinin bir sonu olmalıdır ki, durmadan artan uşaq-ana ölümü halları azalsın. 

Lakin çox təəssüf ki, Səhiyyə Nazirliyi bu hala o qədər də ciddi yanaşmır. Səbəb isə hamilə qadınların taleyi onlar üçün o qədərdə əhəmiyyət kəsb etmir. 

Bölgələrdə uşaq-ana ölüm hallarından sonra vətəndaşların əksəriyyəti bölgələrdəki xəstəxanalara getmir. Səbəb isə deyə bilərik ki, vətəndaşların əksəriyyəti evlərində doğuşu həyata keçirməyə üstünlük verirlər.

Xəbərin vaxtı: 29-09-2016
Oxunma sayı: 368

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...