Əli Məsimli: “Kimsə toy edibsə, bunun dollar kreditinə nə dəxli var?”


"Kimsə toy edibsə, mebel alıbsa, bunun dollar kreditinə nə dəxli var? Buna görə də əhali ömrü boyu banklara borclu qalır”.
 
Millətinsəsi.info-nun xəbərinə görə, bunu deputat Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.
 
O qeyd edib ki, vaxtında bu problem həll olmasa, dövlətin xərcləri artacaq, banklar çökəcək və əhalinin narazılığı daha da artacaq:
 
"Mən başa düşmürəm ki, mebel niyə dollarla alınmalıdır? Ona görə ki, banklar bu sahədə manipulyasiya edib adamları aldadıblar. Dünyanın heç bir yerində bankların belə soyğunçuluğu yoxdur”.
 

Xəbərin vaxtı: 30-09-2016
Oxunma sayı: 343

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...