Ramil Usubov Gəncədə vətəndaş qəbulu keçirəcək

Картинки по запросу ramil usubov
Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vətəndaş qəbulu keçirəcək. 
Nazirlikdən Millətinsəsi.info-ya verilən məlumata görə, görüş oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində baş tutacaq. 
Qəbulda Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbərin vaxtı: 06-10-2016
Oxunma sayı: 472

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...