Frank-Valter Ştaynmayer: “Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”


"Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”.
Millətinsəsi.info saytı xəbər verir ki, APA-nın  Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.
 
O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.
 
Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.
 
"Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

Xəbərin vaxtı: 14-10-2016
Oxunma sayı: 132

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...