Azərbaycan və Venesuela prezidentlərinin görüşü keçirilib


Azərbaycana rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun rəsmi qarşılanma mərasimi olub.
 
Meydanda Venesuela prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.
 
Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qarşılayıb.
 
 
Venesuela və Azərbaycanın dövlət himnləri səslənib.
 
 
Prezident İlham Əliyev və prezident Nikolas Maduro fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
 
Venesuela prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim edilib.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
 
Prezident İlham Əliyev və Venesuela prezidenti Nikolas Maduro rəsmi foto çəkdiriblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qəbul edib.
 
Görüş məhdud tərkibdə olub.

apa

Xəbərin vaxtı: 22-10-2016
Oxunma sayı: 328

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...