MDB ölkələrindəki azərbaycanlıların ermənilərlə hansı işbirliyi var?...

MDB ölkələrindəki azərbaycanlıların ermənilərlə hansı işbirliyi var?...
Hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycan haqiqətlərinin xaricdə yayılmasında mühüm əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Azərbaycan diaspor təşkilatları bəzən hansısa məsələlərdə digər millətləri təmsil edən diasporun üzvlərilə təmasda olmaq məcburiyyətində qalır. Bəzən onların arasında ermənilər də olur. Bu münasibətlər həm düşmənçilik, həm də dostluq müstəvisində ola bilər.

Azərbaycanın keçmiş SSRİ məkanında, indiki Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindəki diaspor təşkilatlarının erməni diasporunun üzvlərilə hansı münasibətləri var? Onlarla ünsiyyət, əlaqə qururlarmı?  Dağlıq Qarabağ amili ermənilərlə münasibətdə hələ də qalırmı?

Millətnsəsi.info bildirir ki, Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycanın MDB ölkələrindəki diaspor təşkilatlarının rəhbərlərinin fikirlərini öyrənib.

Ukrayna Azәrbaycanlılarının Birlәşmiş Diasporu (UABD) sədrinin birinci müavini Murad Cəfərov:

"Yaşadığımız ölkədə erməni lobbisinin, diasporunun nümayəndələri ilə heç bir formada əlaqələrimiz yoxdur. Qarabağ amili bizim üçün hər zaman öndədir. Çalışırıq ki, Azərbaycan gerçəkliklərini Ukrayna ictimaiyyətinə hər zaman çatdıraq.

Ukraynada Ermənistandakı Sarkisyan hakimiyyətinə qarşı çıxış edən ermənilər olsa, biz həmin insanlardan mütləq Azərbaycan maraqları naminə istifadə edə bilərik”.

Rusiyanın Krosnoyarsk vilayətindəki Azərbaycanın diaspor nümayəndəsi, hüquqşünas Ələkbər Qarayev:

"Ermənilərlə hər gün mübarizədəyik. Hər dəfə imkan düşdükcə, Azərbaycan həqiqətlərini, haqq səsini Rusiya ictimaiyyətinə çatdırırıq. Buradakı azərbaycanlıların da Qarabağla bağlı fikirləri birmənalı və qətidir. Ermənilərlə heç bir formada ünsiyyətimiz və əlaqəmiz yoxdur, ola da bilməz.

Təəssüf ki, burada yaşayan bəzi xırda xalqların nümayəndələri ermənilərlə əlaqə qururlar. Məsələn, bəzi talışları misal göstərə bilıərəm”.

Qazaxıstandakı "Heydərçi gənclər” təşkilatının sədri Bəhruz Axundov:

"Qardaş Qazaxıstanda ermənilərdən başqa bütün xalqlarla münasibətimiz çox gözəldir. Milli qeyrəti olan azərbaycanlılar ermənilərlə münasibət qurmaz. Hansı ölkədə yaşamağımıza baxmayaraq biz tariximizdən, dədə-baba yurdumuzdan, soy kökümüzdən möhkəm yapışmışıq. Ən böyük arzumuz Qarabağın azadlığı uğrunda şəhid olmaqdır.

Qazaxıstan türk dövləti kimi bizə qardaş və dost ölkədir. Burada heç bir zaman ermənilər Azərbaycanın siyasətini boykot edə bilməzlər. Qazaxıstanda vətənimizin keşiyində duran gənclər çoxdur”.

Azərbaycanın Özbəkistandakı diasporunun rəhbəri Mobil Məmmədov:

"Özbəkistandakı ermənilərlə və onların diaspor təşkilatları ilə heçş bir üsniyyətimiz, əlaqələrimiz yoxdur və ola da bilməz. Çünki Ermənistan hər zaman olduğu kimi, bu gün də bizə qarşı düşmən və işğalçı dövlətdir. Buradakı azərbaycanlıların mövqeyi də birmənalı şəkildə Azərbaycanımızın, xalqımızın və cənab prezidentimizin mövqeyi ilə eynidir.

Hər gün ermənilərin siyasətinə qarşı öz mübarizəmizi aparmaqdayıq. Ermənilərlə hər hansı əlaqə, ünsiyyət və münasibətlərdən söhbət belə gedə bilməz

Yaşadığımız ölkədə 20 min erməni məskunlaşıb. Amma onlar bu rəqəmi saxtalaşdıraraq, 40 min deyirlər. Mən Özbəkistanda diaspor rəhbərlərinin toplantılarında Dağlıq Qarabağdan danışanda və oranın bizim torpaqlarımız olduğunu, erməni separatçıları tərəfindən işğal edildiyini söyləyəndə erməni diaspor rəhbərləri deyirlər ki, onlar Sarkisyan hakimiyyətindən narazıdırlar və siyasi rejim pis gündədir. Mənə məlumdur ki, bizim azərbaycanlılar və Ahıska türkləri ermənilərlə əlaqə yaratmırlar. Ancaq bir çox ailələr var ki, qarışıq yaşayırlar”.

Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov:

"Belarusdakı Azərbaycan diasporunun ermənilərlə və onların diasporu ilə əlaqələri yoxdur. Ermənistanın tarix boyu Azərbaycana qarşı düşmən mövqedə durması, 20 faiz torpaqlarımızı işğal etməsi, xalqımıza qarşı dəfələrlə soyqırımı törətməsi bütün dünya ictimaiyyətinə gözəl bəllidir.

Ermənilərə qarşı Belarusda qətiyyətlə mübarizəmizi davam etdiririk. Onlarla hər hansı münasibətlərimiz ola bilməz”.

"Qırğızıstan azəriləri" Assosiyasiyasının sədri Səməd Səmədov:

"Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun, icmalarının və dərnəklərinin düşmənimiz olan ermənilərlə və onların diasporu ilə əlaqələri mövcud deyil.

Burada yaşayan həmyerlilərimizin ermənilərə qarşı münasinəti birmənalı olaraq pisdir. Çünki Ermənistan işğalçı bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, dədə-baba torpaqlarımızı işğal edib, milyonlarla azərbaycanlını öz yurd-yuvalarından didərgin salıb.

Qırğızıstan da hər zaman bizə qardaş və dost bir türk dövləti kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bunu davam etdirməkdədir”.

Xəbərin vaxtı: 28-10-2016
Oxunma sayı: 211

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...