Ramil Usubov Bakının daha iki polis bölməsinin rəisini dəyişdi

Image result for ramil usubov
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Millətinsəsi.info-nun "Report”a istinadən xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.
Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.
Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi, polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.
Onu da xatırladaq ki, bundan əvvəl polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəis təyin edilib.

Xəbərin vaxtı: 31-10-2016
Oxunma sayı: 204

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...