Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu

Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu
Rövşən Lənkəranskinin qətlinin detalları məlum olub 

Millətinsəsi.info ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.

Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Cabpolad Şamil oğlunun yaxınlarıdır (Canpoladın soy adı göstərilməyib).

Məlumata görə, Canpolad Rusiyada "göyərti kralı" kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub.

Ehtimala görə, Canpoladın yaxınları və biznes şərikləri onun ölümündə Rövşənin əli olduğunu müəyyən ediblər və ona ölüm hökmü çıxarıblar.

Xatırladırıq ki, "göyərti kralı" Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.

Xəbərin vaxtı: 01-11-2016
Oxunma sayı: 1 202

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...