MTN “Min bir bərəkət, halal nemət”i necə soyub?

MTN
Milli Təhlükəsizlik Nazirliyində yuva salmış banda istehsalat müəsissələrinə basqınlar təşkil edirmiş

Millətinsəsi.info-nun məlumatına görə, bu barədə Politika.Az-a sızan informasiyada iddia olunur ki, sabiq nazir Eldar Mahmudovun dəstəsi kolbasa firmalarını hədəfə alırmış. 

KİV-də yayılan məlumatları əsas tutan banda üzvləri həmin şirkətləri soymağa başlayırmış. Onlardan birinin "Səhliyalı” şirkəti olduğu iddia edilir. 

Yayılan iddialara görə, "Min bir bərəkət, halal nemət” nişanlı kolbasa məmulatları ilə məşhurlaşan şirkətin barəsində efirdə və yazılı mətbuatda gedən yazılar MTN üçün göydəndüşmə qırmaq olub. 

Mahmudov dəstəsi şikara başlayaraq kolbasa firmasını ovlayırmış. Şirkət haqda gedən materiallar əsasında kolbasa şirkətində haqq istənilib. 

Əks halda şirkət rəhbərliyini də digər sahibkarların aqibəti gözləyirmiş. Deyilənə görə, "Səhliyalı” rəhbərliyi hesablaşmaq məcburiyyətində qalıb. 

Məlumatda bildirilir ki, digər tanınmış kolbasa firmalarına da həmlələr olub. Onların arasında adı vəhhabiliyə bağlanan bir kolbasa şirkəti var. Bu barədə araşdırma aparırıq və təqdim edəcəyik. 

"1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti süd verməyən inəklərin ətindən istifadə edir.

kolbasa istehsalçısı qoca və yararsız heyvanların ətini dövriyyəyə buraxır. Bu da mənşəyi məlum olmayan qoca və süd verməyən inəklərin kəsildiyi şübhələri yaradır. 

Beləcə, hər gün insanlara qoca ətdən hazırlanmış, leş ətlərdən istehsal olunmu kolbasalar sırınır. Hətta bəzi iddialara görə, kardon da istifadə edilir. 

Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi ekspertlər belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda fikirlər irəli sürür. 

Hətta rəsmi "Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır. 

Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. 

Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur. Kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır.

Xəbərin vaxtı: 04-11-2016
Oxunma sayı: 468

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...