Maliyyə bazarları ilə bağlı yeni qanun layihəsi hazırlandı - RƏSMİ


"Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”.
 
Millətinsəsi.info xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.
 
Palatanın sədri deyib ki,  problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq:
 
"Bundan başqa maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata, həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır”.

Xəbərin vaxtı: 04-11-2016
Oxunma sayı: 265

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...