Azərbaycan-Rusiya sərhədində PROBLEM - Qonşu ölkə yük maşınları buraxmır


Azərbaycan-Rusiya sərhədində, Qusar rayonu yerləşən "Samur" gömrük buraxılış məntəqəsində tıxac yaranıb.

Bunu Xaçmaz Gömrük İdarəsinin "Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. 

Rəis müavinin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlığ yaradıb: "Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  "Samur" gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən "TIR"-ların sayı 200-ə çatıb".

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlığla bağllı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: "Təqribən bir saatdan sonra Azərbaycan  və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq.

(report.az)

Xəbərin vaxtı: 11-11-2016
Oxunma sayı: 225

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...