Evdə kartof çipsi bişirməyin QAYDASI+VİDEO


Özünüz evdə kartof çipsi hazırlaya bilərsiniz? Qaydasını bilmirsinizsə, Bu yazısını oxuyun. Sizə evdə dadlı çipsi hazırlamağın asan yolunu təqdim edirik.
 
Lazım olan ərzaqlar:
2 dənə nazik qabıqlı kartof
Sirkə (yumaq üçün)
Duz
İstiot
Zeytun yağı
 
Hazırlanma qaydası:
Kartofları yaxşıca yuyun və nazik-nazik dilimləyin. Dərin bir kasanın içinə su doldurun. Suya duz və sirkə tökün, kartofları həmin suyun içində qarışdıraraq yaxalayın. Sonra həmin suyu süzün, kartofları adi suyla durulayın, kağız salfetlə qurudun. Kartof dilimlərinin üstünə duz, istiot və zeytun yağı töküb qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kartofları yan-yana düzün. 175 dərəcədə əvvəldən isidilmiş sobada 15 dəqiqə bişirin. Qabı sobadan çıxarıb kartofları tərs çevirin və hər tərəfi qızarana qədər təkrar bişirin. Artıq kartof çipsiniz servisə hazırdır.
Nuş olsun!
 

Xəbərin vaxtı: 12-11-2016
Oxunma sayı: 1 034

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...