Ərəb koalisiyası Yəməndə atəşkəsin başa çatdığını elan edib

Image result for yəmən
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyasının nümayəndəsi Əhməd Asiri Yəməndə atəşkəsin başa çatdığını elan edib.
Millətinsəsi.info RİA "Novosti"yə istinadən xəbər verir ki, o, atəşkəsin uzadılmayacağını bildirib.
"Atəşkəs şəraitinin uzadılması şərtlərinin yerinə yetirilməməsi Yəməndə atəşkəsin başa çatması deməkdir", - deyə Ə.Asiri "Əl-Cəzirə" telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, Yəmən münaqişəsində 48 saatlıq atəşkəs noyabrın 19-da Ərəb koalisiyası tərəfindən elan olunub.

Xəbərin vaxtı: 21-11-2016
Oxunma sayı: 182

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...