Əkbər Hacıyev rəzaləti: erməni ilə üzbəüz yaşayan qadının qazını kəsib

Image result for əkbər hacıyev
Millətinsəsi.info xəbər verir ki, Ağdamın 4 yol -1 qəsəbəsi, ev 900-da yaşayan Mehriban Fərzəliyeva Politika.Az-a müraciət edib; "Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bu ünvanda yaşayan insanın qazını kəsdirib...

Rayonun Qaz İdarəsi vətəndaşın cəmi 250 manat borcuna görə qazını kəsib. Mənzil sahibinin sözlərinə görə, yaşadığı ərazi ermənilərlə üzbəüzdə yerləşir: 

"Prezident tapşırıb ki, borcu olanların qazını, işığını kəsməyin. Ancaq erməni ilə üzbəüzdə, çətin şəraitdə yaşayan ailəni qışın sazağında qazsız qoyublar. 

Mənim himayəmdə xəstə var, tək adamam. Ancaq heç nəyi nəzərə almayıblar. Bunun adı vicdansızlıqdır. Azəriqaz rəhbərliyi hara baxır? Gürcüstanda erməni kilsəsinə qaz verilir. 

Ancaq erməni ilə sərhəddə yaşayan adamın qazını kəsirlər. Özü də demişəm ki, hissə-hissə ödəməyə hazıram. Ev buz kimidir, tir-tir əsirik, yaşamaq mümkün deyil. 

Prezident neçə dəfə deyib ki, tənha yaşayan adamların gününü qara etməyin, qaz, işıq borcu varsa da, kəsmək olmaz. Əkbər Hacıyevin rəhbərlik etdiyi qurum isə bizi ölümə məhkum edib. Harada belə özbaşınalıq, vicdansızlıq görünüb? Biz düşmənlə sərhəddə yaşayırıq, hər an təhlükədəyik. Azəriqaz isə düşməndən böyük pislik edir”.

M.Fərzəliyeva bildirib ki, dövlət başçısı İlham Əliyevə teleqram vurmağa hazırlaşır: "Cənab prezidentin sözünü eşitməyən məmurlar insanları dövlətdən narazı salır. Rövnəq Abdullayev, Əkbər Hacıyev günə 250 manatı səhər yeməyinə xərcləyir. Amma düşmənlə üz-üzə qalan, tək-tənha qadının 250 manatına görə qazını kəsiblər. Mən xahiş edirəm ki, təcili şəkildə bu məsələyə reaksiya verilsin. 

Bizi burdan soyuqdan qırırlar. Bir var ermənilər bizi gülləboran edib qırsınlar, bir də var soyuqdan qırsınlar. Əkbər Hacıyevin idarəçiliyi və adamlarının ucbatından soyuqdan donuruq”.

Xəbərin vaxtı: 22-11-2016
Oxunma sayı: 325

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...