Bricit Brink: “Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”


"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”.

Millətinsəsi.info-nun Trend-ə istinadən məlumatna görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bu gün keçirdiyi brifinqdə deyib.

"Münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ münaqişə tərəfləri ilə işləyərək problemin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir".

Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsi ilə bağlı məsələyə toxunan B.Brink qeyd edib ki, ABŞ C.Uorlikin həmsədr kimi fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, hələlik ABŞ-ın növbəti həmsədrinin kim olacağı məlum deyil.

Xəbərin vaxtı: 22-11-2016
Oxunma sayı: 142

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...