Azərbaycandakı dollar qıtlığının SƏBƏBİ


Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: "Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.

Qeyd edəki ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

(modern.az)

Xəbərin vaxtı: 24-11-2016
Oxunma sayı: 431

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...