Cəfər Xədan küçəsinin daha bir hissəsi təmir olundu - VİDEO / FOTO

 
Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.
 
Millətinsəsi.info xəbər verir ki, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılıb.
 
Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min m2 –dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.
 
Bundan başqa 1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
 
Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
 
İşlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib. 
 
Qeyd edək ki, Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.


Xəbərin vaxtı: 01-12-2016
Oxunma sayı: 173

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...