Vahid Əhmədov: “Biznesmenlər bilməlidirlər ki, manat bu çərçivədə hərəkət edəcək”

Image result for vahid ehmedov
"Strateji yol xəritəsində göstərilib ki, manat 2017-ci ildə üzən məzənnə siyasətinə keçəcək”.
Millətinsəsi.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
O bildirib ki,  Azərbaycanda manatın tam üzən məzənnəyə keçməsi birdən-birə olan hadisə deyil.
 
"Onsuz da manatın devalvasiyası gedir. Tələblə-təklif, idxalla-ixrac arasında olan problemlərlə əlaqədar olaraq hələlik bu proses Mərkəzi Bank tərəfindən tənzimlənir. Tələblə-təklif bərabər olsa da ixrac-idxalı üstələsə də Mərkəzi Bank öz nəzarət funksiyasını müəyyən qədər saxlayacaq”.
 
Deputat bildirib ki, biz ilk növbədə milli valyutaya etibarlılığı bərpa etməliyik.
 
"O cümlədən sahibkarlar, xarici biznesmenlər, investorlar bilməlidirlər ki, manat bu çərçivədə hərəkət edəcək. Lap bir il sonra da manata heç bir ciddi təsir olmayacaq. Bunun ölkənin həm daxili həm də xarici üçün çox böyük əhəmiyyəti var. Ona görə də üzən məzənnə siyasətinin həll olunması çox vacibdir.
 
Amma indi vaxt məsələsi də var. Elə etmək lazımdır ki, bizdə yumşaq devalvasiya necə gedirsə o səviyyədə də olsun. Çalışmalıyıq ki, 2017-ci ildə ixracı artıraq ki idxalı üstələsin. Mənfi saldo olmasın. Azərbaycanın ticarəti müsbət saldo olsun. Ona görə də inflyasiya aşağı olmalıdır ki, biz o nəticəni əldə edə bilək”.

Xəbərin vaxtı: 12-12-2016
Oxunma sayı: 417

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...