“Siz ruslar dünyanın ən xoşbəxt adamlarısınız”

Картинки по запросу mirzəağa məmmədov
27 il əvvəl bədbəxliyini görüb dərk edə bilməyən millət barədə səslənən fikir bu gün də aktuallğını itirməyib

2016-cı ilin sona çatmasına sayılı günlər qaldı. Çox təəssüf ki, bu il də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün növbəti itirilmiş dövr kimi tarixin arxivinə qovuşur. Aprel döyüşlərindən sonra nizamlama prosesinin sürətlənəcəyinə ümidlər yaransa da, çox keçmədən danışıqlar yenə donduruldu. Öz arxasında sahibi Rusiyanın daha güclü dəstəyini hiss edən işğalçı Ermənistan yalvarışlarını kəsib yenidən köhnə, təxribatçı mövqeyinə geri qayıtdı. Bununla da Rusiya bizə olan mənfi münasibətini növbəti dəfə ortaya qoymuş oldu. İllər əvvəl 20 Yanvar və Xocalı faciələrini bizə yaşatmış Rusiya bu gün də Azərbaycana qarşı təxribatlarını davam etdirir. Ermənistanı pulsuz olaraq milyardlarla dollarlıq silahla təmin edən rəsmi Moskvanın ermənilərlə birgə hərbi birləşmələr yaratması da bunu bir daha sübut edir. Gürcüstanın Ermənistana göndərilmək üçün silah və hərbi texnika yüklü nəqliyyat təyyarəsini öz hava məkanına buraxmadığını görən ruslar yükü irəvəna çatdırmaq üçün həyasızcasına Azərbaycanın hava məkanından istifadə etməyi sınamaq istədilər. Lakin təyyarənin silah daşıdığını dərhal müəyyənləşdirən hərbçilərimiz bu cəhdin qarşısını qətiyyətlə alaraq onu hava məkanımıza buraxmadılar. İkibaşlı oyun oynayan Rusiyaya rəsmi Bakının bu "jesti” soyuq duş təsiri bağışlamış oldu.

"Ruslar Azərbaycanı niyə sevmir?” Bu zəruri sual zəman –zaman gündəmə gəlsə də, nədənsə hər dəfə müzakirə olunmayaraq açıq qalıb.

Lakin bu yaxınlarda Müsavat .kom-da bu mövzu ilə bağlı müzakirələrdə qeyd edilən fərqli mövqelər arasında "sivilizasiyalar,və könfliktlər”anomalitik mərkəzin rəhbəri Əhəd Məmmədlinin münasibəti mənim mövqeyimlə üst-üstə düşdü. Politoloqa görə, "Rusiyanın tarix boyu bizə olan münasibəti milli-dini faktora söykənib. Müasir Rusiya özünü sovetlər birliyinin, daha uzaqlara getsək, 3-cü Romanın davamçısı hesab edir.”

Əvvəla qeyd edim ki, mənə görə, dünyada pis millət yoxdur, pis insanlar var. Sadə rus vətəndaşına, zəhmətkeş kəndlisinə həmişə hörmətim olub. O ki qaldı şovinist rus militaristlərinin fikirlərinə, onlara görə SSRİ xalqları məhz sovet hökumətinin hesabına 70 il firavan yaşayıblar. Bu firavan həyatı onların əlindən almaq üçünsə SSRİ-nin dağılmasını vacib hesab ediblər. Radikal düçüncəli bu adamlar ABŞ-ın, Qərbin hiyləsinə uyub müsəlmanları kölə vəziyyətində görmək üçün əllərindən gələni etdilər. Sovetlər Birliyinin tərkibində olan müsəlman respublikaların yeraltı-yerüstü sərvətlərini talayanlar bir şeyi unudurdular ki, nüvə silahına malik bu günkü Rusiyanın güclənib dünyaya meydan oxumasına

görə məhz həmin respublikalara borcludurlar. Rusiyanın yerləşdiyi geosiyasi məkan istər-istəməz onu müsəlman ölkələrlə sıx ittifaqda olmağa məcbur edir. SSSRİ-nin süqutundan sonra Moskva Azərbaycan, Gürcüstan, Moldova üçün süni şəkildə milli qarşıdurmalar yaradaraq bu münaqişərin həllini illər boyu ləngitdi və ləngitməyə davam edir. Kremlin məqsədi postsovet ölkələrini bu yolla zəiflədərək özündən asılı vəziyyətdə saxlamaq idi. Lakin siyasi proseslər onun istədiyi məcrada getmədi. Mən əvvəllər də bu fikirdə olmuşam ki, Rusiyanın ən böyük faciəsi, dünənədək özünün hesab etdiyi Ukraynanı itirməsi oldu. Bu günlərdə Qırğızıstan rəhbərliyi ölkədən Rusiyanın hərbi bazalarını çıxarması barədə məsələ qaldırıb. Hadisələrin gedişi göstərir ki, artıq rəsmi Kreml Belorusiyanı da itirmək təhlükəsi ilə üzləşib. Əgər bu hadisələr içki düşgünü B. Yeltsenin vaxtında baş versəydi, Rusiyanın adı ümumiyyətlə xəritədən silinmiş olacaqdı. Bir məlum həqiqəti onlar özləri də yaxşı dərk edirlər. Rusiyanın dünyada dostu yoxdur. Xristian dünyası tarix boyu Rusiyanı "şər yuvası” adlandırıb. Rəsmi Kreml unutmamalıdır ki, 2-ci dünya müharibəsində SSRİ-nin tərkibində olan 6 İslam ölkəsi də faşistlərə qarşı ruslarla çiyin-çiyinə döyüşüblər. Azərbaycan nefti sovet tanklarını hərəkətə gətirməsəydi, bu müharibədə rusların qələbə çalmaq şansı sıfıra bərabər olardı. Halbuki Hitler müəlmanlara nifrət bəsləmirdi. Onun sonsuz kini yəhudilərə, bir də ruslara yönəlmişdi.

Rusiya Moldovanı, Ukraynanı, Gürcüstanı dəfələrlə Türkiyəyə qarşı qaldırıb. Orta Asiya və Qafqaz müsəlmanlarını tatar, basmaçı, basurman adlandırmaqla İslam ölkələrinə nifrətini heç vaxt gizlətməyib.

Deyir dostunu göstər mənə, deyim sən necə adamsan. Rusiyanın dünyada yeganə dostu və strateli müttəfiqi Ermənistandır. Əslində isə ermənilər bu dostluğun girovuna çevriliblər və ruslara nifrətlərini gizlətmirlər də...

Rusiya qədim müsəlman torpağı sayılan Sibirin yeraltı sərvəti olan neftinə sahib çıxaraq bu gün də həmin qara qızılın hesabına yaşayır. 70 illik sovet quruluşunu idarə edənlər sadə xalqı, zəhmətkeş kəndliləri dözümlülük pərdəsi altında elə zillətə salıblar ki, ruslar kimin dost, kimin düşmən olduğunu hələ də dərk etmək qabiliyyətində deyil. Rus "mujiki” üçün "samaqon” araq, borş, bişmiş kartof kifayətdir və onu bütün bunlarla təmin edən an kamikadzeye çevriləcək. Əlinə silah verən kimi "Vətən”uğrunda, Putin uğrunda fanatikcəsinə ölümə gedəcək. Bunu postsovet ölkələrində, Əfqanıstanda gördük, bir neçə ay bundan əvvəl Rusiya-Türkiyə qarşıdurması zamanı bunun bir daha əyanı şahidi olduq. Tarix

boyu rus dövlətinin rəhbərləri Rusiyanı idarə edə bilməyəndə ya içkiyə qurşanıblar, ya da fərsizliklərini ört-basdır etmək üçün başqa dövlətə qarşı müharibə yolunu seçiblər. Rusiya dövlət başçısının bu günkü sözçüsü , " sillə vuranı” qeyri-ciddi adam imici ilə tanınan Jirinovskdir. Görünür Putin o boyda Rusiyada bir ağıllı adam tapa bilməyib ki, bu yelbeyin adamın xidmətindən istifadə etməyə məcbur qalıb. Dünyanın işinə bax, Jirinovski hara, Türkiyə hara? Cəmi 6-7 ay bundan əvvəl Türkiyəni nüvə bombası ilə məhv etməyi təklif edən bu hərdəmxəyal adam bu gün həmin ölkəyə, onun başçısına mədhiyyələr yağdırır. Adama elə gəlir ki, artıq dünyanın axırı gəlib çatıb. Çeçenistanın prezidenti Ramzan Kadırov Jirinovskini çərənçi adlandıraraq demisdi:” Sən itsən, adam deyilsən.”

Fransada doğulub boya-başa çatan müğənni Şarl Aznavur uzun illərdən sonra , 1989-cu ildə SSRİ-yə səfər edir, Ermənistanı gəzib dolaşır. Qarbaçovun bədnam "yenidənqurmasının” yaratdığı Qarabağ hadisələrinin, millətlərarası qarşıdurmanın şahidi olur. Şarl Aznavur Moskvadan Parisə yola düşərkən hava limanında jurnalistlər ondan Rusiya ilə bağlı ürək sözlərini eşitmək istəyirlər. Erməni müğənni gülərək deyir:” Siz ruslar dünyanın ən xoşbəxt adamlarısınız. Ona görə xoşbəxtsiniz ki, bədbəxtlyinizi nə görür, nə də dərk edirsiniz.” Bəli, bu gün Rusiyanın aqibəti göz önündədir. Sonda 2-ci dünya müharibəsi illərində ruslar barədə italyanların işlətdiyi bir kəlamı yada salmaq istəyirəm. "Rossi qoro lavrore molte mancore” yəni, ruslar az işləyib çox yeyirlər.

Mirzəağa Məmmədov.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Xəbərin vaxtı: 12-12-2016
Oxunma sayı: 701

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...