İtkin neftçilərin axtarışından görüntülər - FOTOLAR


Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, itkin neftçilərlə bağlı müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu haqda "Azneft” İstehsalat Birliyindən Millətinsəsi.info-ya verilən məlumatda bildirilib.

Məlumata görə, ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış – xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərməkdədirlər. Bunlar içərisində, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləriylə iştirak edirlər.

Qeyd etmək istərdik ki, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.

15.12.2016-cı il tarixində güclü külək nəticəsində "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə 10 nəfər neftçi itkin düşüb. Onlardan birinin meyiti sudan çıxarılıb, qalanları hələ də axtarılır.


Xəbərin vaxtı: 19-12-2016
Oxunma sayı: 242

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...