Bərdədə “Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib

Bərdədə “Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib
21 dekabr 2016-ci iltarixdə Bərdə şəhər şəhid Alı adına 5 saylı tam orta məktəbdə "İnnovativ Gənclər” ictimai birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib.
Millətinsəsi.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti eləcə də layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Tədbirdə fəxri qonaq qismində iştirak edən Bərdə şəhər şəhid Alı adına 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov öz çıxışında ölkə prezidentinin gənclərə göstərdiyi diqqət və qayğısından ölkəd əaparılan quruculuq işlərindən söz açaraq Bərdə şəhərində yaşayan gənclərin təhsil idman sahəsində əldə etdiyi uğurlar haqqında ətraflı məlumat vermişdir. Gənclərin istifadəsinə verilən yeni İdman komplekslərini, Gənclər Mərkəzlərini ölkə prezidentinin idman sahəsində gənclərə olan diqqət və qayğısı olaraq qeyde tmişdir. Tədbirdə çıxış edən layihə eksperti Məzahir Çıraqov ölkədə gənclərə yaradılmış yüksək şəraitdən və Bərdə rayonunda keçiriləcək idman oyunlarından bəhs edərək gənclərdə idmana maraq oyadıb.
Çıxış edən layihə eksperti gənclər arasında yaradılan idman klublarının gənclərdə idmana olan marağı artırmaqla yanaşı dövlətin gənclərlə bağlı siyasətinə uyğun olaraq gənclərdə vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olacaqdır. Bundan başqa gənclərin müxtəlif idman oyunlarına artan marağı ölkəmizi beynəlxalq yarışlarda təmsil etməsinə böyük zəmin yaradacaq. Layihə region gəncləri arasında idman oyunları üzrə yarışların təşkil olnması ilə vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək olmaq məqsədi daşıyır.
Bərdədə “Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib
Bərdədə “Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib
Bərdədə “Qarabağ mübarizləri” adlı layihəsi çərçivəsində seminar təşkil edilib

Xəbərin vaxtı: 22-12-2016
Oxunma sayı: 295

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...