Bakıda otel sökülür - Abutalıbov hadisə yerində + VİDEO


Bakı şəhərində yerləşən "Araz” oteli sökülür.

Məlumata görə, hazırda Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir. 

Qeyd edək ki, adıçəkilən otel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı hələ ki, məlumat yoxdur. 

Bakı merinin sözlərinə görə, söküntüyə səbəb həmin yolun genişləndirilməsidir. Otelin yerləşdiyi ərazinin bir hissəsində isə park salınacaq. 

Qeyd edək ki, Yusif Səfərov və Heydər Əliyev prospekti istiqamətində, eyni zamanda əks istiqamətdəki yolda daim avtomobillərin hərəkətində sıxlıq müşahidə olunurdu. 
(qafqazinfo.az)


Xəbərin vaxtı: 23-12-2016
Oxunma sayı: 212

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...