Gömrükçülər “Sədərək” və “Binə”də əmliyyat keçirdi

Image result for Dövlət Gömrük Komitə
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsi gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən "Binə” və "Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib. Bu barədə Millətinsəsi.info-ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53 200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin vaxtı: 26-12-2016
Oxunma sayı: 918

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...