Astan Şahverdiyevlə bağlı daha bir QALMAQAL - "Torpağımı mənimsədi, pulumu ödəmədi..."


"Millət vəkili Astan Şahverdiyevin açıqlamasını saytlardan oxudum. Azərbaycan deputatından belə sözlər gözləməzdim, mənə çox pis təsir etdi və səhərə qədər yata bilmədim”.

Millətinsəsi.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.

Müğənni millət vəkilinin qalmaqallı açıqlamasına sərt etirazını bildirib:

"Yorğunluğum üzümdən hiss olunur. Dünyanın bir çox yerindən mənə zənglər gəldi, bu iş ictimailləşdirilmişdi. Azərbaycan xalqı "otxod” deyil. Azərbaycan xalqının alimləri, professorları, sadə fəhlələri, musiqişünasları var. Xaricdə yaşayan azərbaycanlılar bizi çox gözəl qarşılayır və çiyinlərinin üstündə gəzdirirlər. Sən bazarda işləyən insana necə "alverçi”, "otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq”.

F. İbadova Astan Şahverdiyevin onun torpağını mənimsəməsindən də söhbət açıb:

"Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Torpaq sahəmə görə məhkəməyə müraciət etdim. Torpağımı 8 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Sizin kürəkəniniz mənim pulumu ödəmədi, Astan müəllim”.

Qeyd edək ki, əməkdar artist bir neçə il əvvəl açıqlamasında millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsədiyini söyləmiş, etiraz olaraq 3 gün aclıq aksiyası keçirmişdi. 
Astan Şahverdiyevlə bağlı daha bir - Qalmaqal

Xəbərin vaxtı: 28-12-2016
Oxunma sayı: 275

Loading...

Bu bölməyə aid digər xəbərlər:

         

loading...